Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" – VİDEO

Hazırda oxunan: Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" – VİDEO

624208

Aktrisa Pərvin Abıyeva keçirtdiyi ağır xəstəlikdən danışıb.

Bizim.Media xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyinə görə ağır günlər keçirtdiyini deyib.

Pərvin bildirib ki, buna görə əməliyyat olunsa da, faydasını görməyib:

"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.

Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.

Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin