Cessika Alba gənc sevgilisi ilə - FOTO

Hazırda oxunan: Cessika Alba gənc sevgilisi ilə - FOTO

623713

45 yaşlı aktrisa Cessika Alba Teylor Svift və Trevis Kelsinin "Madison Square Garden"da keçirilən dəbdəbəli toy mərasiminin ən çox diqqət çəkən qonaqlarından olub.

Bizim.Media xəbər verir ki, Alba tədbirə 33 yaşlı aktyor sevgilisi Denni Ramires ilə birlikdə qatılıb.

Aktrisa sosial media hesabında toy öncəsi və mərasim zamanı lentə alınan romantik görüntüləri izləyiciləri ilə bölüşüb.
 

"TikTok" üçün hazırladığı maraqlı videoda Cessika əvvəlcə ev şəraitində, daha sonra isə axşam libasında təqdim olunub. Aktrisa xüsusi gecə üçün "Prada" brendinə məxsus qara-qızılı rəngdə olan libas seçib. Maraqlıdır ki, Alba bu geyimi öz yaxın rəfiqəsi Kelli Soyerdən borc aldığını etiraf edib.


Cessika Alba paylaşımına Teylor Sviftin məşhur "Love Story" mahnısını əlavə edərək, cütlüyü təbrik edib:

"Biz sevgini sevirik. T. və T.-ni təbrik edirik, şərəfinizə keçirilən möhtəşəm bir gecə idi!"

Qeyd edək ki, 2025-ci ilin yanvarında 3 övladının atası, prodüser Keş Uorren ilə boşandığını elan edən aktrisa, ötən ilin iyul ayından etibarən Denni Ramires ilə münasibətdədir. Cütlük münasibətlərini bu ilin əvvəlindən etibarən rəsmən ictimaiyyətə açıqlayıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin