İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

Hazırda oxunan: İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

623651

Ülviyyə Xəlinbəyova paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, aktrisa sosial media hesabında müəllimi ilə bağlı pis xatirəsini bölüşüb:

“Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarcasına yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi. Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!” (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin