Ötən il ağır qəzada yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) artıq yeriməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında video paylaşıb.
“Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusansa, təslim olmağa tələsmə.
Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım”, - o paylaşımında bildirib.
Qeyd edək ki, Ayla ötən ilin yanvarında Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Ayla qəzadan sonra yerimə qabiliyyətini itirib. Sənətçinin müalicəsi davam edir.
Bizim.Media





























































































