Özündən 38 yaş kiçik gənclə eşq yaşadı – FOTO

Hazırda oxunan: Özündən 38 yaş kiçik gənclə eşq yaşadı – FOTO

623578

90-cı illərin məşhur şənlik təşkilatçısı və supermodel Keyt Mossun keçmiş yaxın rəfiqəsi, 63 yaşlı Fren Katler şəxsi həyatı ilə bağlı etiraf edib.

Bizim.Media xəbər verir ki, Fren Katler "HELLO!" jurnalının "Second Act" podkastında özündən 38 yaş kiçik, 25 yaşlı bir gənclə eşq yaşadığını açıqlayıb.

Onun bu münasibəti ən çox qızı Mersini özündən çıxarıb. Məsələ ondadır ki, Katlerin yeni sevgilisi demək olar ki, onun qızı ilə yaşıddır.

"Qızım az qala dəli olub! Mən Mersiyə söz vermişdim ki, heç vaxt onun yaşındakı oğlanlarla görüşməyəcəyəm. İndi o, mənə deyir: "Bu, iyrəncdir!". Bizim münasibətlərimiz "Absolutely Fabulous" serialını xatırladır, ona görə də o, şokdadır. Mən isə ona deyirəm ki, biz hələ heç nə etməmişik, sadəcə öpüşmüşük", - deyə Fren etiraf edib.

"Qara siyahı" və keçmiş dostluqlar

İnsanlarla münasibətlərdə sərtliyi ilə tanınan və "parti rotveyleri" ləqəbi ilə tanınan Katler, ətrafından necə rəhmsizcəsinə "təmizlik" apardığını da gizlətməyib. O, yolunda duran və ya onu incidən insanların adlarını gecələr darıxanda yazdığı xüsusi "qara siyahı"da saxladığını deyib.
 

Fren son illərdə təxminən on rəfiqəsini həyatından çıxarıb. Buna səbəb kimi onların paxıllığını göstərib.


Qeyd edək ki, Frenin "qara siyahısı"nda hələ də supermodel Keyt Mossun adı var. 20 illik dostluq 2018-ci ildə baş verən təsadüfi bir mesaj qalmaqalından sonra bitib. Belə ki, Fren səhvən Keytin xarici görünüşünü tənqid edən mesajı başqasına deyil, birbaşa Mossun özünə göndərib. Bundan sonra cütlüyün yolları ayrılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin