72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

Hazırda oxunan: 72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

623467

Müğənni Işın Karaca son görünüşü ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, sənətçi keçirdiyi mədəkiçiltmə əməliyyatı və qidalanma rejimini dəyişməsi sayəsində 130 kiloqramdan 57 kiloqrama düşüb.

Beləliklə, o ümumilikdə 72 kiloqram arıqlayıb.

Konsert verən Karacanın görünüşü izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Bir çox istifadəçi onun sosial şəbəkədə yayılan fotolarına "Tamamilə dəyişib", "Tanımaq mümkün deyil" kimi şərhlər yazıb.
 

Müğənni arıqlama prosesinin təkcə əməliyyatla bağlı olmadığını, qidalanma vərdişlərini tamamilə dəyişdirdiyini bildirib.


"Gündə cəmi bir dəfə yemək yeyirəm və bununla kifayətlənirəm. Bədəni dincəldirik, bir saat ərzində qidalanırıq, qalan vaxt isə heç nə yemirik. Çox acanda dişlərimi fırçalayıram. Bu, iştahamı azaldır. Bunlar özümün yaratdığım üsullardır. Ara yemək əvəzinə ayran, kefir və ya su içirəm" deyə Işın Karaca qeyd edib. (Axşam.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin