"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Hazırda oxunan: "Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

623293

"İlk dəfə efirə saqalla mən çıxmışam. Saqalla efirdə müğənni olmayıb. 1990-cı illərdə bir dəfə saqqalla efirə gəldim, böyük problem oldu. Dedilər ki, saqqalını qırx, yoxsa efirə çıxa bilməzsən. Məni efirə buraxmadılar".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Zarafat bir yana" verilişində deyib.

Sənətçi şou-biznesdə bir çox yenilikləri özünün etdiyini deyib:

“Mən də getdim saqqalımı qırxdım, qayıdıb efirə çıxdım. Sonralar isə artıq bunu qəbul etdirdim. Dedim ki, bu mənim imicimdir. Saqqalım da, jeleli saçlarım da imicimin bir hissəsidir. Saçda xətt qoymağı, kəkili, uzun yaxalıqları mən gətirmişəm”.

Sənətçi geyimlərinə çox pul xərcləməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

“Ən bahalı paltalarımın olduğunu deyə bilmərəm. Elə də bahalı geyimlərim yoxdur. Qiymət demək də düzgün olmaz. Belə şeyləri efirlərdə danışmaq istəmirəm. Amma suala cavab olsun deyə bir qiymət deyəcəyəm. Ən bahalı geyimim 500 manatdır”. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin