Haluk Leventin qardaşı həbs edildi

Hazırda oxunan: Haluk Leventin qardaşı həbs edildi

622522

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində tutulanlardan biri də müğənni Haluk Leventin qardaşı Berkant Acil olub.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 18 şübhəlidən 17-si saxlanılıb.
 

Məlumata görə, saxlanılardan 13-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.


Həbs edilən 13 nəfərdən biri də Berkant Acil olub.

Bildirilib ki, onlar “cinayətkar təşkilat yaratmaq və üzv olmaq”, “rüşvət”, “hədə-qorxu ilə pul tələb etmək” və “tender saxtakarlığı” kimi cinayətlərdə ittiham olunurlar. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin