Dua Lipa aktyor Kallum Törner ilə keçirdiyi bal ayını “yer üzündəki cənnət” adlandırıb və bazar ertəsi izləyiciləri ilə özünün zəngin fotoalbomunu bölüşüb.
Bizim.Media xəbər verir ki, “Instagram” hesabında yeni fotolar seriyası paylaşan 30 yaşlı müğənni səyahətlərinin əla mühitdə keçdiyini nümayiş etdirib.
Yeni evlənən cütlük kifayət qədər lüks bir marşrut seçib: onlar Amalfidən Romaya qədər hərəkət edib, daha sonra isə Favinyana adasına yollanaraq yaxtada dənizin dadını çıxarıblar.
Yeni fotoşəkillər toplusuna ifaçının çılpaq halda çəkilmiş pikant fotosu da daxil edilib. Dua Lipa “La Posta Vecchia” otelinin dəbdəbəli vanna otağında, bol köpüyün içində dincələrkən görüntülənib.
Romanın yaxınlığında yerləşən və İntibah dövrünə aid olan bu villa vaxtilə məşhur milyarder Jan Pol Gettinin dənizkənarı iqamətgahı olub. Cütlük otelin Tirren dənizinə birbaşa mənzərəsi olan əfsanəvi “Getty Suite” lüks nömrəsində qalıb ki, buradakı nəhəng mərmər vanna otağın ən xüsusi detalı hesab olunur.
Digər kadrlarda Dua Lipa əri ilə kart oynayarkən və yaxtanın göyərtəsində cəsarətli çimərlik geyimində günəş vannası qəbul edərkən yeni nikah üzüyünü nümayiş etdirir.
Onun həyat yoldaşı, 36 yaşlı Kallum Törner də qürub çağında baş tutan romantik şam yeməyi zamanı öz qızıl nikah üzüyünü fəxrlə kameraya göstərib.




Bizim.Media




































































































