ARB tanınmış müğənniyə qadağa qoyub?

Hazırda oxunan: ARB tanınmış müğənniyə qadağa qoyub?

622289

Tanınmış müğənni Nuran ARB TV-nin ona efir qadağası qoyması barədə məlumat paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni özü açıqlama yayıb.

“Əziz dostlar, sənət fəaliyyətimə başladığım ilk gündən nə həmkarlarıma, nə dinləyicimə, nə də media nümayəndələrinə qarşı hörmətsizlik etmişəm. Həmişə keyfiyyətli işlərə fokuslanıb, musiqi və göz zövqünü korlamayan layihələrlə tamaşaçı qarşısına çıxmışam.
 

Çox təəssüf ki, hər zaman dəvətlərinə və müsahibə təkliflərinə canla-başla razılıq verdiyim telekanallardan biri mənə qadağa qoyub. Özləri bunu təkzib etsələr də, son bir il ərzində vaxt ayırıb danışdığım heç bir müsahibə efirə verilməyib. Başa düşə bilmirəm, belə bir qadağa varsa, əməkdaşlarınıza da bildirin ki, hansısa tədbirdə üz-üzə gələndə mikrofon uzatmasınlar.


Yoxdursa, sözügedən materiallar niyə yayımlanmayıb? Hər bir halda haqsız yerə verilən bu qərarı gözdən keçirəcəklərini ümid edirəm. Peşəkar sənət üçün çalışmağın kifayət qədər çətin olduğu bir məqamda televiziyadan gördüyüm bu ögey münasibətin dəyişəcəyinə inanıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin