Supermodel İrina Şеyk makiyajsız və saç düzümü olmadan fotoşəkil çəkdirib.
Bizim.Media xəbər verir ki, o, bu şəkilləri "Instagram" sosial şəbəkəsindəki hesabında paylaşıb.
40 yaşlı İrina Şeyk makiyajsız və heç bir saç düzümü olmayan təbii üzünü nümayiş etdirib. Model pəncərə önündə, qürub çağında poza verib.
Xatırladaq ki, İrina Şeyk bundan əvvəl "Dolce & Gabbana" brendinin yeni reklam kampaniyasının siması olub.

Bizim.Media





































































































