DÇ-2026-da Şakiranı zorla öpmək istəyən şəxs görün kimdir - FOTO

Hazırda oxunan: DÇ-2026-da Şakiranı zorla öpmək istəyən şəxs görün kimdir - FOTO

620998

Futbol üzrə Dünya Çempionatının (DÇ-2026) matçı zamanı dünya şöhrətli müğənni Şakiraya qarşı xoşagəlməz davranışın qeydə alınması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar böyük rezonans doğurub. Lakin azarkeşlərin şəxsi sərhədlərin pozulması kimi qiymətləndirdiyi həmin anların əslində tamamilə fərqli bir ailə tablosu olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, DÇ-2026-nın rəsmi himnini ifa edən 49 yaşlı kolumbiyalı pop-diva Dallasdakı stadionda Argentina-Avstriya (2:0) qarşılaşmasını VIP lojada canlı izləyib.

Canlı yayım zamanı kameralar ulduz müğənnini yaxın planda nümayiş etdirərkən, sol tərəfində oturan bir şəxsin qəfil ona tərəf uzanaraq çiyinlərindən tutması və zorla yanağından öpməyə çalışması teletamaşaçılar tərəfindən narahatlıqla qarşılanıb.
 

Sosial şəbəkə istifadəçiləri "X" (keçmiş Twitter) platformasında Şakiranın narahat göründüyünü və özünü geri çəkməyə çalışdığını əsas gətirərək "Bu adam kimdir?", "Şakira yaxşıdırmı?" tipli minlərlə etiraz dolu paylaşımlar ediblər.


Lakin qısa müddət sonra məsələyə aydınlıq gəlib və panikaya heç bir əsas olmadığı məlum olub. Belə ki, kadrlarda Şakiranı öpmək istəyən "təcavüzkar" şəxsin əslində onun böyük oğlu – 13 yaşlı Milan olduğu müəyyən edilib.

Matçı oğulları Milan və Saşa ilə izləyən müğənninin üzündəki anlıq diskomfort ifadəsinə isə oğlunun emosional şəkildə anasını qucaqlayarkən onun uzun saçlarını təsadüfən dartması səbəb olub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin