Dünya musiqi sənayesinin ən nüfuzlu simalarından biri, əfsanəvi amerikalı prodüser Klayv Devis 94 yaşında Nyu-Yorkdakı evində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı prodüserin ailəsi yayıb. Bildirilib ki, o, iyunun 22-də Manhettendəki evində təbii səbəblərdən, yaxınlarının əhatəsində dinc şəkildə vəfat edib.
Klayv Devis 70 illik karyerası ərzində Uitni Hyuston, Alişa Kiz, Cenifer Hadson, Karlos Santana, Cenis Coplin və "Pink Floyd" kimi onlarla dünya ulduzunu kəşf edən və musiqi dünyasının zirvəsinə daşıyan dahi korifey sayılır.
O, musiqi tarixinə alqoritmlərin deyil, bənzərsiz insan instinktinin və peşəkar musiqi duyumunun idarə etdiyi epoxanın sonuncu böyük memarı kimi düşüb.
Bizim.Media


































































































