FIFA 2026 Dünya Çempionatında Argentina-Avstriya matçını izləməyə gələn kolumbiyalı müğənni Şakira və oğlu Milan kameraların diqqət mərkəzində olublar.
Bizim.Media xəbər verir ki, Argentina və Avstriya arasında keçirilən gərgin qarşılaşmanı izləməyə gələnlər arasında dünyaca məşhur kolumbiyalı müğənni Şakira və böyük oğlu Milan da olub.
Tribunadan həyəcanlı oyunu böyük diqqətlə izləyən ana və oğul kameraların əsas hədəfinə çevriliblər. Anasına olan sevgisini gizlətməyən Milan matçın həyəcanlı anlarında Şakiranı az qala öpüşlərə qərq edib.
İkilinin bu səmimi və sevgi dolu anları stadiondakı böyük ekranlara əks olunub və turnirin ən yaddaqalan kadrları sırasına daxil olub. (milli.az)

Bizim.Media
































































































