"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Hazırda oxunan: "Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

619935

Müğənni Aysel Əlizadə keçirdiyi əməliyyatla bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, sənətçi qatıldığı televiziya proqramında onun ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
 

Aysel qeyd edib ki, son əməliyyatı estetik məqsədlə deyil, səhhətində yaranan problemə görə etdirib.


İfaçının sözlərinə görə, sağlamlığı ilə bağlı yaşadığı vəziyyət ciddi olub və əməliyyat qaçılmaz sayılıb. Bununla yanaşı, o, daha əvvəl estetik prosedurlardan da yararlandığını gizlətməyib. Müğənni burun əməliyyatı etdirdiyini və görünüşündə bəzi kiçik dəyişikliklərə müraciət olunduğunu bildirib.

Aysel Əlizadə əlavə edib ki, sosial şəbəkələrdə bu mövzu ilə bağlı müxtəlif fikirlər yazılsa da, insanların düşüncələrinə hörmətlə yanaşır:

"Plastik yox, sağlamlığım üçün əməliyyat etdirdim. Allah heç kimə göstərməsin. Estetik əməliyyatım da olub. Burundan estetik əməliyyat etdirmişəm. Xırda toxunuşlar olunub. Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən? Qınamıram insanları, hamının fikrinə hörmətlə yanaşıram".

Sənətçinin açıqlamaları izləyicilər arasında maraqla qarşılanıb və sosial mediada müzakirələrə səbəb olub. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin