"Hörümçək adam" gizli evləndiyini rəsmən təsdiqlədi

Hazırda oxunan: "Hörümçək adam" gizli evləndiyini rəsmən təsdiqlədi

619812

"Hörümçək adam" rolu ilə dünyaşöhrəti qazanan britaniyalı aktyor Tom Holland, uzun müddətdir birlikdə olduğu və 2024-cü ilin dekabrında nişanlandıqlarını elan etdiyi Zendaya ilə ailə həyatı qurduğunu rəsmi olaraq təsdiqləyib.

Bizim.Media xəbər verir ki, cütlüyün toyu uzun müddət idi ki, mətbuatda böyük müzakirələrə səbəb olmuşdu.

Bu şayiələr 2026-cı ilin martında Zendayanın stilisti Lo Rouçun qırmızı xalçada "Toy artıq baş tutub. Siz hər şeyi qaçırmısınız" bəyanatından sonra daha da alovlanmışdı. Zendaya isə qonaq olduğu "Cimmi Kimmel" şousunda çətinliklərlə müşayiət olunan yeni "Dram" (The Drama) filmi haqqında danışarkən birbaşa cavabdan qaçsa da, stilistinin sözlərini təkzib etməmişdi.
 

"Esquire" jurnalına müsahibə verən aktyor şəbəkədə süni intellekt vasitəsilə hazırlanan və instaqramda 10 milyondan çox bəyənmə toplayan saxta toy fotolarının yayılmasından sonrakı maraqlı hadisəni bölüşüb. Onun sözlərinə görə, nənəsi bu fotoları gerçək zənn edərək, toya dəvət olunmadığını düşünüb və onlardan bərk inciyib.


Jurnalistin "Digər ailə üzvlərinizə də bəraət qazanmaq üçün mesajlar yazmalı oldunuzmu?" sualına Holland qısa fasilədən sonra belə cavab verib: "Xeyr, çünki onların hamısı orada (toyda) idi". O, bu cümlədən sonra "Bu mövzuda deyə biləcəyim tək şey budur" deyərək digər təfərrüatları qapalı saxlayıb.

Aktyor münasibətlərindəki güclü bağlılıqdan da söz açıb:

"Bizim sənətimiz bəzən çox stressli vəziyyətlər yaradır. Zamanın hər növ sınağına dözə biləcək belə möhkəm təməlli münasibətə sahib olmaq böyük xoşbəxtlikdir. Biz bir-birimizi başqa heç kimin edə bilməyəcəyi şəkildə dəstəkləyirik. Çünki bu cür həyat yaşamağın nə demək olduğunu yalnız ikimiz anlayırıq".

Sonda Holland hisslərini bu sözlərlə tamamlayıb:

"Mən artıq öz insanımı tapmışam. O, mənim ən yaxın dostumdur. Onun yanında olduğum qədər həyatımda heç vaxt özümü bu qədər xoşbəxt, təhlükəsizlikdə və qorunmuş hiss etməmişəm. Vəssalam".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin