Dünya çempionatının reklamı Bekhemin böyük oğlunu ailəsi ilə düşmən etdi

Hazırda oxunan: Dünya çempionatının reklamı Bekhemin böyük oğlunu ailəsi ilə düşmən etdi

619785

Bruklin Bekhem 2026-cı il futbol üzrə dünya çempionatı üçün çəkildiyi qalmaqallı reklam çarxında valideynləri ilə olan uzunmüddətli münaqişəsinə dair etdiyi "ucuz" zarafatla öz şəxsi brendini məhv edib.

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın aparıcı PR ekspertlərinin fikrincə, ABŞ-nin "DoorDash" qida çatdırılması xidmətinin reklamından böyük qonorar alan 27 yaşlı Bruklinin bu addımından sonra iri şirkətlər ondan uzaqlaşıb.

Onun Devid və Viktoriya ilə barışıq şansları isə artıq sıfıra bərabər olub. Reklam çarxı, Devid və Viktoriya Bekhemin Tom Kruzla birlikdə Los-Ancelesdə DÇ-2026-nın açılış matçında görüntülənməsindən cəmi bir neçə gün sonra işıq üzü görüb.
 

Videoda Bruklin istehza ilə "Yəqin ki, FİFA-2026 dünya çempionatını niyə evdən izlədiyimi maraq edirsiniz... Bu, uzun hekayədir", – deyərək matçın biletlərini soyuqqanlıqla masanın üzərinə atır. "DoorDash" isə videonu "Bizim bəzi təxminlərimiz var" şərhi ilə paylaşıb. Ekspertlər bunu ailə dramından qazanc məqsədilə istifadə edilən "PR uğursuzluğu" və təkəbbürlülük kimi qiymətləndiriblər.


Devid və Viktoriya Bekhemin oğullarının bu hərəkətindən "şoka düşdükləri", Bruklinin 14 yaşlı bacısı Harperin və nənə-babasının isə göz yaşlarını saxlaya bilmədikləri bildirilir. Sosial şəbəkələrdə kəskin tənqidlərlə üzləşən Bruklin şərh bölməsini bağlamalı olub.

İzləyicilər ona "Əgər ailənə bu qədər nifrət edirsənsə, onların soyadından imtina et və adlarından pul qazanmağı dayandır" deyə reaksiya veriblər.

Diqqətli istifadəçilər videoda valideynlərə yönəlmiş gizli simvollar aşkarlayıblar. Bruklin atası Devid tərəfindən ona hədiyyə edilən 250 min funtluq "Patek Philippe Nautilus" saatını çıxararaq nümayişkaranə şəkildə masaya başqa bir saat qoyub və bununla da atası ilə bağları qopardığına eyham vurub. Masanın üzərindəki açılmamış məktublar toplusu isə onun ailədən gələn zənglərə və barışıq cəhdlərinə məhəl qoymadığını simvolizə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin