“Eşref Tek”in “ölümü”nə görə ehsan payladılar – Video

Hazırda oxunan: “Eşref Tek”in “ölümü”nə görə ehsan payladılar – Video

619726

Türkiyədə yayımlanan və geniş izləyici auditoriyasına malik olan “Eşref Rüya” serialında Eşref Tek obrazının ssenariyə uyğun olaraq həyatını itirməsi tamaşaçılar arasında maraqlı reaksiyaya səbəb olub.

Bizim.Media xəbər verir ki, Bursanın İznik rayonunda bir qrup serial həvəskarı tarixi İznik Ayasofya məscidinin qarşısında toplaşaraq obrazın xatirəsinə ehsan paylayıb.

Tədbir zamanı diqqət çəkən məqamlardan biri bəzi iştirakçıların serial qəhrəmanı üçün dua etməsi olub.

Tədbirdə iştirak edən Ali Karaman əvvəlcə aktyorun real həyatda vəfat etdiyini düşündüyünü bildirib:

“Xəbəri eşidəndə aktyorun öldüyünü zənn etdim. Sonradan bunun yalnız serialdakı obrazla bağlı olduğunu öyrəndim. Həqiqətən təəccübləndim”, – deyə o qeyd edib.

Həmin kadrları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin