35 yaşlı türkiyəli aktrisa Ece İrtemin qəfil vəfatından əvvəlki son görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, təhlükəsizlik kameralarına düşən kadrlarda aktrisanın anası ilə birlikdə restoranda vaxt keçirdiyi, daha sonra isə yaşadığı binaya daxil olduğu əks olunub.
Kadrlarda binaya girərkən onun anasının qoluna girdiyi görünür.
Məlumata görə, gənc aktrisa İstanbulun Kadıköy rayonundakı evində anası ilə birlikdə olduğu vaxt qəflətən qəfil ürəktutması (infarkt) keçirib və hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Ece İrtem "Kızılcık Şerbeti", "Yeni Gelin" və "Payitaht Abdülhamid" kimi populyar seriallardakı rolları ilə tanınıb. O, ölümündən bir gün əvvəl – iyunun 14-də doğum gününü qeyd etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:09 / 16.06.2026
35 yaşında həyatını itirən aktrisanın ölümündən öncəki SON KADRLARI – VİDEO
Hazırda oxunan: 35 yaşında həyatını itirən aktrisanın ölümündən öncəki SON KADRLARI – VİDEO
Hazırda oxunan: 35 yaşında həyatını itirən aktrisanın ölümündən öncəki SON KADRLARI – VİDEO
619550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































