Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Hazırda oxunan: Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

618762

Əməkdar artist Nigar Şabanova verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media “milli.az”a istinadla bildirir ki, xanəndə əvvəllər kişi məclislərində iştirak etməsə də, son dövrlərdə müəyyən şərtlər daxilində belə məclislərə qatıldığını qeyd edib.
 

Onun sözlərinə görə, bütün kişi məclislərinə dəvət qəbul etmir və seçim edərək iştirak edir. Nigar Şabanova qeyd edib ki, bununla bağlı özünəməxsus tələbi var, lakin həmin şərti efirdə açıqlamağı uyğun hesab etmir.


Sənətçi bildirib ki, bu məsələ ilə bağlı fikirlərini məclis sahibləri ilə əvvəlcədən danışıq zamanı bölüşür və yalnız şərtləri uyğun olduğu halda dəvətləri qəbul edir.

Xanəndənin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun açıqlaması ilə bağlı müxtəlif fikirlər səsləndirərək mövzunu müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin