"Avroviziya 2011" qalibi Eldar Qasımov son illər Azərbaycanın müsabiqədə uğursuz çıxış etməsinə münasibət bildirib.
Bizim.Media "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Künc-bucaq" layihəsində qonaq olarkən təmsilçilərimizin son dörd ildə final mərhələsinə vəsiqə qazana bilməməsindən danışıb.
Eldar bildirib ki, problemin səbəbini axtarmaq əvəzinə, müsabiqəyə yanaşmanı dəyişmək lazımdır:
"Səbəbi axtarmaq lazım deyil. Düşünürəm ki, başqa cür yanaşmaq lazımdır. Seçimləri başqa formada etməliyik. Xaricdən müəlliflər çağırmaq lazımdır. Bizim müəlliflə birlikdə mahnı yazsınlar. Yaxşı ifaçı tapıb ona bəstə təqdim etməlidirlər. Yanaşmanı dəyişib, düzgün yol tapmalıdırlar".
Müğənni vurğulayıb ki, müasir dövrdə müsabiqədə uğur qazanmaq üçün təkcə səhnə performansı kifayət etmir:
"İndi performans deyil, həm ünsiyyət, həm piar, həm də nüfuzunu göstərmək bacarığıdır. Formatı dəyişsək, maraqlı nəticəyə gələ bilərik".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
22:10 / 10.06.2026
Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı
Hazırda oxunan: Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı
Hazırda oxunan: Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı
618542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































