Keti Perri Kanadanın eks-baş nazirinə olan sevgisini etiraf etdi: "Dəlicəsinə aşiqəm”

Hazırda oxunan: Keti Perri Kanadanın eks-baş nazirinə olan sevgisini etiraf etdi: "Dəlicəsinə aşiqəm”

618243

41 yaşlı pop-diva Keti Perri hisslərini gizlədə bilməyərək sevgilisi, Kanadanın keçmiş baş naziri Castin Trüdoya ictimaiyyət qarşısında sevgisini etiraf edib. Cütlük Nyu-Yorkda keçirilən 25-ci illik "Tribeca" Kinofestivalının qırmızı xalçasına əl-ələ çıxaraq ilk dəfə münasibətlərini rəsmiləşdiriblər.

Bizim.Media xəbər verir ki, Trüdo Manhettenə pop ulduzun "Katy Perry The Lifetimes Tour — Live From Paris" adlı yeni sənədli konsert filminin qapalı premyera nümayişində ona dəstək olmaq üçün gəlib.

Ulduz cütlüyün sevgi münasibətləri barədə şayiələr hələ ötən ildən mətbuatda gəzsə də, onlar bu günə qədər kameralar qarşısına birlikdə çıxmaqdan süni şəkildə qaçırdılar.

Əsl sensasiya isə filmin nümayişindən sonra, tamaşaçılarla ənənəvi sual-cavab sessiyası zamanı yaşanıb. Bu çətin və yorucu turne çərçivəsində baş tutan 91 konsertdən sonra özünü necə hiss etdiyi və bu qastrolun onu dəyişdirib-dəyişdirmədiyi barədə verilən suala cavablandırarkən müğənni daxili dünyasını açıb.

O, Paris çəkilişləri zamanı, yəni 2025-ci ilin noyabrında artıq Trüdo ilə birlikdə olduqlarını gizlətməyib.

"Demək istəyirəm ki, arxada qalan 91 şoudan sonra hazırda həyatımın bir çox məqamlarında özümü ayaqları yerə daha möhkəm basan və təmkinli bir insan kimi hiss edirəm. Və bəli, mən dəlicəsinə aşiqəm", – deyə Keti zalın alqış sədaları altında etiraf edib.

Müğənni sözlərinə belə davam edib:

"Əslində, həmin Paris konserti mən həyatımın məhəbbəti ilə tanış olduqdan sonra lentə alınıb. Bu münasibət mənə inanılmaz bir sabitlik və güvən hissi bəxş etdi. Çünki mən xaraktercə bir az rəngarəng çərpələngə bənzəyirəm. Çox yüksəklərə uçuram, sanki kosmosa toxunuram və bəzən kiminsə məni ipdən tutub yerdə saxlamasına (tarazlamasına) həyati dərəcədə ehtiyac duyuram. Nəhayət ki, həyatımda belə etibarlı bir lövbərin (dayağın) olması mənə özümü tamamilə bütöv hiss etdirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin