Altıncı həyat yoldaşından boşanıb, 21 yaşlı qızla sevgili oldu – FOTO

Hazırda oxunan: Altıncı həyat yoldaşından boşanıb, 21 yaşlı qızla sevgili oldu – FOTO

618209

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, qısa müddət əvvəl 6-cı həyat yoldaşı - özündən 42 yaş kiçik olan Gülseren Ceylan ilə boşanan Erbilin yeni münasibətə başladığı iddia olunur.

Məlumata görə, Erbil sosial şəbəkə platforması “TikTok”da tanış olduğu 21 yaşlı Eylem Çelik ilə sevgili olub.
 

Xatırladaq ki, Mehmet Ali Erbil 2025-ci il avqustun 28-də Gülseren Ceylanla altıncı dəfə ailə qurmuşdu. Lakin cütlüyün evliliyi uzun sürməyib. Cəmi 7 ay davam edən nikah məhkəmənin bir iclasında “ailə birliyinin əsaslı şəkildə sarsılması” səbəbi ilə ləğv edilib.


Boşanmanın ardından Erbilin sosial şəbəkələrdəki canlı yayımları ilə diqqət mərkəzində qaldığı, məhz həmin yayımlar zamanı Eylem Çeliklə tanış olduğu bildirilir.

Türkiyə mediasının yazdığına görə, şoumenin yeni sevgilisinin 21 yaşında olması yenidən yaş fərqi ilə bağlı müzakirələrə səbəb olub.

Hələlik tərəflər yayılan iddialarla bağlı açıqlama verməyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin