"Bağda gördüyüm ilanı öpüb tumarladım"

Hazırda oxunan: "Bağda gördüyüm ilanı öpüb tumarladım"

616101

Xalq artisti Ofeliya Sənani başına gələn maraqlı hadisəni danışıb.

Bizim.Media xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan aparıcı bağda rastlaşdığı ilanı öpüb sığalladığını deyib:
 

"Bağda gürzənin kürəyini tumarlayıb öpdüm. Allaha and olsun. Gördüm sakitdir, öpdüm. Çönüb mənə baxdı. Yenə tumarladım onu. Sonra ərik ağacının dibinə düşdü, dönüb bir də mənə baxdı.


Dedim ki, getmə, qal mənimlə. Atam da evdən qışqırdı ki, “Ofa, ona əl vurma, üstünə atlanacaq”. Gürzəni sığallayandan sonra birdən-birə torpağın içinə girdi. Məəttəl qaldım ki, orada deşik yox idi, necə ora girdi. Amma necə lazımdırsa, gürzəni tumarlamışdım”. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin