Atasının soyadından imtina edir- Fotolar

Hazırda oxunan: Atasının soyadından imtina edir- Fotolar

616090

“Hollivud” ulduzları Bred Pitt və Ancelina Colinin övladlığa götürdükləri oğlu Meddoks Pitt atasının soyadından imtina etmək üçün rəsmi prosedura başlayıb.

Bizim.Media TMZ nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı Meddoks hüquqi sənədlər təqdim edərək soyadının “Meddoks Çivan-Coli” olaraq dəyişdirilməsini istəyib.

Qeyd edək ki, Meddoks daha əvvəl anası Colinin “Couture” filmində də “Meddoks Coli” kimi təqdim olunmuşdu.

Məlumata görə, Coli-Pitt ailəsinin digər övladları Zahara, Şaylo və Vivyen də son illərdə “Pitt” soyadından istifadə etməyə başlayıblar.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə ayrılıb, boşanma prosesi isə 2024-cü ildə yekunlaşıb. (qafqazinfo.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin