Azərbaycanın Avroviziyadakı təmsilçilərindən olan Dilarə Kazımova efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, müğənni xarakteri və daxili hissləri barədə danışaraq tamaşaçıların marağına səbəb olub.
O bildirib ki, bir çox insan onu soyuqqanlı biri kimi tanıyır, lakin əslində çox həssas insandır:
"Məni soyuqqanlı biri kimi bilirlər. Elə düşünürlər ki, heç nə vecimə deyil. Amma belə deyil. Əksinə, çox həssas insanam, o an ağlaya bilərəm".
Kazımova insanların ona qarşı necə davranmasını istəyirsə, özü də ətrafdakılara eyni münasibəti göstərdiyini vurğulayıb.
Müğənni hisslərini hər zaman gizlətməyə çalışdığını da etiraf edib:
"Ağlayanda heç vaxt göstərmirəm. Hərdən göstərmək istəyəndə də özümə yaraşdırmıram. Yaxşısı özünü möhkəm göstərməkdir".
Sənətçi insanların məşhurların da adi insan olduğunu anlamasının vacibliyini qeyd edib:
"İnsanlar anlamalıdır ki, biz də insanıq. Həyatımızda müxtəlif şeylər ola bilər".
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər müğənninin səmimi etiraflarını maraqla qarşılayaraq müxtəlif rəylər yazıblar. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:24 / 29.05.2026
"Hər an ağlaya bilərəm"
Hazırda oxunan: "Hər an ağlaya bilərəm"
Hazırda oxunan: "Hər an ağlaya bilərəm"
616074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































