Nadir Qafarzadə: "“Arvad” sözü daha şirindir" - VİDEO

Hazırda oxunan: Nadir Qafarzadə: "“Arvad” sözü daha şirindir" - VİDEO

615940

Müğənni Nadir Qafarzadə bir müddətdir müzkirə mövzusuna çevrilən "arvad" sözünün işlədilməsinə münqasibət bildirib.

Bizim.Media xəbər verir ki, ifaçı bu sözdən istifadəyə görə gələcəkdə cərimələrin tətbiq ediləcəyi ilə bağlı yayılan iddiaları absurd adlandırıb:
 

“Arvad-uşağım bağdadır. Gedirəm arvadıma baş çəkim. Gedim görüm necə istirahət edir. Kim necə istəyirsə, öz həyat yoldaşına elə müraciət etsin. Bu, şəxsi məsələdir. Köhnə kəndə təzə adət gətirəcəksiniz? “Arvad” deyənlər cərimələnəcək? İşiniz-gücünüz bitib? Bikarsınız? Vacib mövzuları gündəmə gətirmək daha yaxşı olardı. İbtidai sinifdə təhsil alan uşağın düşüncələri bundan daha savadlıdır. Biz belə eşitmişik: “ər-arvad”. Hətta nikahda da deyilir:


“Sizi ər-arvad elan edirik”. Burada təhqiredici, tərbiyəsiz, mədəniyyətsiz nə var ki? Atamın da, babamın da arvadı olub. Mənim də, övladımın da arvadı var. Həyat yoldaşı, ömür-gün yoldaşı da deyirik. Burada bir qəbahət yoxdur. “Arvad” sözü əslində daha şirindir. İşiniz-gücünüz qurtarıb?”.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov "Bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də, Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar"  deyə, bildirib. (Axşam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin