Şalvar geyinməyi unutdu – FOTO

Hazırda oxunan: Şalvar geyinməyi unutdu – FOTO

615438

Tanınmış model Byanka Tsenzori (Bianca Censori) həyat yoldaşı, məşhur reper Kanye Uest (Kanye West) ilə növbəti gecə görüşünə şalvarsız qatılmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Page Six" nəşri yayıb.

Məlumata görə, bazar günü gecə saat 02:00 radələrində Los-Ancelesdəki məşhur "Chateau Marmont" otelindən çıxarkən görüntülənən model öz qeyri-adi tərzi ilə yenidən diqqət mərkəzinə düşüb. Byanka metal parıltılı bodi və rəngbərəng, saçaqlı kardiqanda olduqca şık və cəsur görünüb.

O, bu obrazını bədən rəngində (nude) olan platformalı dikdaban ayaqqabılarla tamamlayıb və sarışın saçlarını yana doğru darayaraq formaya salıb.

48 yaşlı Kanye Uest isə gecə gəzintisi üçün daha qapalı tərz seçib. Reper ağ rəngli futbolka, boz rəngli dəri şalvar, qəhvəyi gödəkçə və dəri çəkmələrdə olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin