Cessika Alba və qızı bacı kimi görünür - VİDEO

Hazırda oxunan: Cessika Alba və qızı bacı kimi görünür - VİDEO

615070

Məşhur aktrisa Cessika Alba "Instagram" hesabında qızı Onor ilə yeni fotosessiyasını paylaşıb.

Bizim.Media xəbər verir ki, şəkillərdə onlar ana və qızdan daha çox, iki bacıya bənzəyirlər.

17 yaşlı Onorun anasına olan inanılmaz bənzərliyi, Albanın isə hər zamankı kimi gənc və zərif görünüşü diqqətdən qaçmayıb.

Aktrisa paylaşımına «Ən yaxşı rəfiqəm və Qabriela Herst ilə bir axşam» şərhini yazıb.

Həmin gecə üçün Onor krujevalı tünd qırmızı (bordo) don, qəhvəyi pencək və eyni tonda ayaqqabı seçib. Cessika Alba isə qızının geyimi ilə harmoniya yaradaraq geniş balaqlı qəhvəyi şalvar, qara top və üzərindən naxışlı gödəkçə geyinib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin