“Yaş öz sözünü deyir. Səhhətim irəli getməkdən, geri gedir. Heç nəyə halım olmur. Səhər açılandan divanda oturub yerimdən tərpənmirəm. Nə həvəsim, nə də halım var”.
Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Ofeliya Sənani deyib.
O bildirib ki, uzun illərdir təzyiq xəstəliyindən əziyyət çəkir:
“Təzyiqim çox yüksək olur. Dərman vasitəsi ilə aşağı salanda isə halsız oluram. Qohumum yanımda qalır və mənə qulluq edir. Dərmanları içməsəm, çox pis olaram. Çünki infarkt keçirmişəm, beynimə qan sızıb. Buna görə huşsuzlaşma olur. Amma müalicələrimi alıram”.
Diktor bildirib ki, darıxma:
“Darıxmıram. Televizora baxıram, nəvələr gəlir, onlarla söhbət edirəm. Mənim üçün çox darıxırlar. Çölə çıxmağa həvəsim olmur. Həyətdə gəzəndə qonşular halımı soruşur. Havaların isinməsinə sevinirəm, isti mənə yaxşı təsir edir, təzyiqim də o qədər yüksəlmir”. (musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
22:10 / 21.05.2026
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
Hazırda oxunan: Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
Hazırda oxunan: Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
614671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































