Kadir İnanır süni nəfəs aparatına qoşuldu

Hazırda oxunan: Kadir İnanır süni nəfəs aparatına qoşuldu

614648

Keçən həftə səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən və pnevmoniya diaqnozu ilə reanimasiyaya düşən Kadir İnanırdan sevənlərini kədərləndirən xəbər gəlib.

Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, məşhur aktyorun süni nəfəs aparatına qoşulduğu öyrənilib.

Həyat yoldaşı Jülide Kural yeni açıqlamasında bunları deyib:

"Təəssüf ki, Kadir az əvvəl süni nəfəs aparatına qoşuldu. Ağciyərində şiş aşkarlanıb. Daha rahat müdaxilə etmək, ağrı çəkməməsi və nəzarətli müalicə üçün süni nəfəs aparatına qoşulub. Əlbəttə, çox riskli bir vəziyyətlə qarşı-qarşıyayıq".

Qeyd edək ki, Kadir İnanır 15 aprel 1949-cu ildə Ordunun Fatsa rayonunda doğulub. O, Türk kino və serial tarixinin ən mühüm aktyorlarından və rejissorlarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin