"Avroviziya-2027" mahnı müsabiqəsinin təşkili və keçirilməsi Bolqarıstana təxminən 20-30 milyon avroya başa gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini İvo Xristov Bulqarıstan Milli Televiziyasının (BNT) canlı efirində məlumat verib.
Bolqarıstan hökuməti ölkənin müsabiqədəki tarixi qələbəsinə dərhal reaksiya verib. Mayın 20-də keçirilən Nazirlər Kabinetinin iclasında Baş nazir Rumen Radev "Avroviziya-2027"yə hazırlıq üzrə idarələrarası təşkilat komitəsinin yaradıldığını elan edib. Mədəniyyət və turizm sahələrinə məsul olan Baş nazirin müavini İvo Xristovun rəhbərlik edəcəyi komitənin tərkibinə bütün müvafiq nazirliklərin nümayəndələri daxil edilib.
İ.Xristov qeyd edib ki, dövlət büdcəsində "Avroviziya" üçün ayrıca xərc maddəsi ayrılacaq.
Bununla belə, maliyyələşmə yalnız dövlət hesabına olmayacaq: layihəyə Avropa Yayım İttifaqının (EBU) qlobal sponsorları, eləcə də yerli tərəfdaşlar cəlb ediləcək. Baş nazirin müavini bu investisiyanın ölkəyə böyük iqtisadi mənfəət gətirəcəyinə əminliyini ifadə edib və artıq indidən paytaxt Sofiyadakı otellərin bronlaşdırılmasına marağın kəskin artdığını bildirib.
Artıq Bolqarıstanın bir neçə böyük şəhəri müsabiqəni qəbul etməyə hazır olduğunu bəyan edib.
Sofiya, Burqas, Plovdiv və Varna şəhərlərinin merləri ev sahibliyi üçün rəsmi iddialarını irəli sürüblər. Diqqətçəkən məqam odur ki, müsabiqənin qalibi olan müğənni DARA əslən Varnadandır və yerli hakimiyyət orqanları bunu öz xeyirlərinə güclü arqument hesab edirlər. Ev sahibi olacaq şəhər barədə yekun qərar DARA, onun komandası və BNT rəhbərliyi ilə aparılacaq məsləhətləşmələrdən sonra veriləcək.
Xatırladaq ki, Bolqarıstan yarışmada iştirak etdiyi 21 il ərzində ilk dəfədir ki, "Avroviziya"nın qalibi olub.
Ölkə müsabiqədə 2005-ci ildə debüt edib, bir neçə dəfə yarışmadan çəkilib və yenidən qayıdıb. Üçillik fasilədən sonra 2026-cı ildə müsabiqəyə geri dönən Bolqarıstan dərhal qələbə qazanıb. Mügənni DARA "Bangaranga" mahnısı ilə həm tamaşaçı, həm də münsiflər heyətinin səsverməsində ən yüksək xal toplayaraq ölkəsinə birincilik qazandırıb.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:05 / 21.05.2026
Bolqarıstanda keçiriləcək "Avroviziya-2027" mahnı müsabiqəsinin büdcəsi açıqlandı – VİDEO
Hazırda oxunan: Bolqarıstanda keçiriləcək "Avroviziya-2027" mahnı müsabiqəsinin büdcəsi açıqlandı – VİDEO
Hazırda oxunan: Bolqarıstanda keçiriləcək "Avroviziya-2027" mahnı müsabiqəsinin büdcəsi açıqlandı – VİDEO
614597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































