Haluk Levent reanimasiyaya yerləşdirildi

Hazırda oxunan: Haluk Levent reanimasiyaya yerləşdirildi

614441

Türkiyəli məşhur müğənni Haluk Levent Əskişəhərdə konsertdə çıxış edərkən, xoşagəlməz hadisə baş verib.

Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, ifaçının konsertdən sonra halının pisləşdiyi və xəstəxanaya aparıldığı məlum olub.

Məlumatda qeyd olunub ki, hazırda Haluk Leventin Ankaradakı Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasında müalicə alır.

İlkin müayinə zamanı sənətçinin mədə qanaması keçirdiyi müəyyən edilib. Levent həkimlərin nəzarəti altında reanimasiyaya köçürülüb.
 

Qeyd edək ki, Haluk Levent 26 noyabr 1968-ci ildə Adananın Yüreğir rayonunda anadan olub.


1990-cı illərdə türk rok musiqisinin əhəmiyyətli simalarından biri kimi tanınan Levent "Yollarda Bulurum Seni", "Elfida" və "Anlasana" kimi mahnıları ilə geniş auditoriyanın sevgisini qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin