Kriştiano Ronaldonun sevgilisi sarışın oldu – FOTO

Hazırda oxunan: Kriştiano Ronaldonun sevgilisi sarışın oldu – FOTO

614154

Futbol ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Kann Kinofestivalında qırmızı xalçaya gözlənilməz imiclə çıxaraq əsl furor yaradıb.

Bizim.Media xəbər verir ki, tanınmış ispan model və inflyuenser xarici görnüşündə kəskin dəyişiklik edib.

79-cu Kann Kinofestivalı çərçivəsində təşkil olunan "Kering Women in Motion Awards" mərasiminə qatılan Corcina, adət etdiyimiz uzun qara saçlarından imtina edərək, effektli platin sarışın obrazında tamaşaçıların qarşısına çıxıb.
 

Gecə üçün ulduz həm eleqant, həm də cəsarətli bir geyim tərzi seçib: o, daxildən görünən qara krujevalı büstqalterin üzərindən mavi atlaz köynək, klassik qara şalvar və ona uyğun dikdaban ayaqqabı geyinib.


Rodriqesin dəbdəbəli zinət əşyaları isə xüsusi diqqət çəkib. Modelin adsız barmağında dəyəri təxminən 3 milyon dollar olan nəhəng nişan üzüyü parıldayıb, onun ümumi görünüşünü isə kütləvi brilyant boyunbağı tamamlayıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin