Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

Hazırda oxunan: Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

612114

“Afrodita” ləqəbi ilə tanınan türkiyəli aktrisa Banu Alkan yaşadığı mənzillə bağlı məhkəmə çəkişməsi ilə gündəmə gəlib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Alkan bacısı Neziha Pekduyarın adına kirayəyə götürülən evdə yaşayırmış.

İddialara əsasən, mənzilin kommunal ödənişləri vaxtında edilmədiyi üçün ev sahibi hüquqi addım atıb.
 

Məlumata görə, ev sahibi əvvəlcə notarius vasitəsilə xəbərdarlıq göndərib. Problem həll olunmadıqda isə kirayə müqaviləsinin pozulduğunu əsas gətirərək, məhkəməyə müraciət edib və mənzilin boşaldılmasını tələb edib.


Məhkəmə prosesi davam etdiyi müddətdə Banu Alkan evi boşaldaraq, açarları ev sahibinə təhvil verib.Bunun ardından məhkəmə mənzilin artıq təhvil verildiyini nəzərə alaraq, əlavə qərar çıxarılmasına ehtiyac olmadığını bildirib.

Eyni zamanda, məhkəmə xərclərinin Banu Alkan tərəfindən ödənilməsinə qərar verilib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin