Hindistanın ən məşhur aktrisalarından olan Uorfi Caved qeyri-adi geyimi ilə yenidən sosial mediada gündəm olub.
Bizim.Media xəbər verir ki, Bollivud ulduzu Mumbay şəhərində keçirilən tədbirə tamamilə yeməli tortdan hazırlanan qara donla qatılıb.
Güllər və zəncir detalları ilə bəzədilmiş fərqli dizayn tədbir iştirakçılarının diqqətini cəlb edib.
Aktrisanın tədbir zamanı paltarından parçalar qopararaq qonaqlara təqdim etməsi isə həm təəccüb doğurub, həm də sosial mediada sürətlə yayılıb.
Tədbirdən yayılan görüntülər qısa müddətdə milyonlarla baxış toplayıb. Sosial media istifadəçilərinin bir qismi bu ideyanı yaradıcı və cəsarətli adlandırsa da, digərləri qeyri-adi konsepsiyaya təəccüblə yanaşıb.
Cəsarətli moda seçimləri ilə tez-tez gündəmə gələn Uorfi Caved daha əvvəl də fərqli və eksperimental geyimləri ilə diqqət çəkmişdi. Bollivud dünyasında özünəməxsus tərzi ilə tanınan aktrisanın “yeməli don” konsepti bu dəfə də geniş müzakirələrə səbəb olub. (qafqazinfo.az)
Bizim.Media







































































































