Türkiyəli müğənni Şebnem Ferah 6 illik fasilədən sonra səhnələrə qayıtmaq qərarı ilə yenidən gündəmə gəlib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur müğənninin iyunun 3-də İstanbul şəhərində baş tutacaq konserti üçün satışa çıxarılan biletlər 40 dəqiqə ərzində tükənib.
Bildirilib ki, biletlərin satışa çıxarıldığı ilk dəqiqələrdən etibarən onlayn platformalarda böyük sıxlıq yaranıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi şəxslər biletləri kütləvi şəkildə alaraq daha sonra onları qara bazarda 80 min liraya (3050 manat) qədər qiymətlə satışa çıxarıblar.
Qeyd edək ki, Şebnem Ferah sonuncu dəfə 2019-cu ildə konsert proqramı ilə çıxış etmişdi. Onun uzun fasilədən sonra səhnəyə dönməsi xəbəri qısa zamanda sosial mediada böyük maraqla qarşılanıb. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:21 / 07.05.2026
6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı
Hazırda oxunan: 6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı
Hazırda oxunan: 6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı
611656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































