Türkiyənin “Gassal” serialında müğənni Kubatın səsləndirdiyi “Evlənmirən” mahnısı gündəm olub.
Belə ki, ifa TRT-nin “Tabii” platformasının “YouTube” kanalında “anonim” kimi təqdim olunub. Bundan sonra mahnının ifaçıları maraq doğurub.
Sözügedən mahnını ilk dəfə Əlikram Bayramov səsləndirib. Lakin Elçin Hüseynovun “YouTube” kanalında mahnının müəllifi kimi öz adı yazılıb.
Bizim.Media məsələ ilə bağlı Ə. Bayramovla əlaqə saxlayıb. O, mahnını ifa etdiyi illərdə müəllifləri tapa bilmədiyini bildirib:
“Bu mahnını 20 il öncə Xəzər instrumental ansamblı ilə ifa etmişəm. Onda da maraqlandıq, müəllifini tapa bilmədik. Azərbaycan musiqisi kimi yazdıq. Bəstəkarı olmamış olmaz. Amma mən yazmamışam. Kim deyirsə, “mən yazmışam” başqa məsələ. Bu mahnı “YouTUbe” kanalımda var, anonim yazmamışıq”.

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:52 / 14.04.2026
Türk serialında səslənən mahnımızla bağlı MÜBAHİSƏ: “Müəllifini tapa bilmədik, amma…” - VİDEO - ÖZƏL/AÇIQLAMA
Hazırda oxunan: Türk serialında səslənən mahnımızla bağlı MÜBAHİSƏ: “Müəllifini tapa bilmədik, amma…” - VİDEO - ÖZƏL/AÇIQLAMA
Hazırda oxunan: Türk serialında səslənən mahnımızla bağlı MÜBAHİSƏ: “Müəllifini tapa bilmədik, amma…” - VİDEO - ÖZƏL/AÇIQLAMA
607133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































