Nura Suri komaya düşübmüş

Hazırda oxunan: Nura Suri komaya düşübmüş

607028

Müğənni Nura Suri sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi paylaşımında yeni layihə hazırlığında olduğunu bildirib.

Doğum gününə sayılı günlər qaldığını deyən Nura, ana olan zaman yaşadığı çətinlikləri izləyiciləri ilə bölüşüb:

"2 gün sonra doğum günümdür. Bu dünyaya niyə gəldiyimi düşündüyümdə, ağlıma həmişə üç oğlumun anası olmaq gəlir. Bir gün ölümlə üz-üzə qaldım. Həkimlər belə komadan çıxacağıma inanmırdı, amma mən ölmədim - həyata geri döndüm. Həmin hadisədən bir il sonra kiçik oğlum Davidin anası oldum.

Bəlkə də həyata Davidi dünyaya gətirmək üçün qayıtmışdım. Həmişə öz üzərimdə çalışmışam ki, yaxşı və vicdanlı insan olum. Etdiyim hər yaxşı əmələ görə bu gün özümlə qürur duyuram. Mərhəmətli, ədalətli və vicdanlı insan olduğumu özüm bilirəm. Düşünürəm ki, bu xüsusiyyətlərim mənfi tərəflərimin üzərindən xətt çəkir. Uzun müddətdir yeni və çox gözəl mahnılar üzərində çalışıram. Bir-birindən fərqli və gözəl nəğmələr təqdim edəcəyəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin