Argentinalı sevgilisindən dünyaya gətirdiyi oğlunun adını AÇIQLADI – FOTO

Hazırda oxunan: Argentinalı sevgilisindən dünyaya gətirdiyi oğlunun adını AÇIQLADI – FOTO

607021

Rusiyalı bloger Valeriya Çekalina, daha çox Lerçek kimi tanınan sosial media ulduzunun argentinalı tanqo rəqqası Luis Skviççiarinidən dünyaya gətirdiyi oğlunun adı məlum olub.

Bizim.Media xəbər verir ki, uşağa Daniel adı verilib.

Qeyd edək ki, 33 yaşlı Lerçek fevral ayında dördüncü dəfə ana olub. O, indiyədək körpəsinin adını ictimaiyyətə açıqlamırdı.

Mətbuatda yayılan xəbərlərə görə, doğuşdan bir neçə gün sonra Valeriya Çekalinada mədənin dördüncü mərhələ xərçəngi aşkarlanıb. Hazırda onun kimyaterapiya aldığı bildirilir.

Lerçekin sevgilisi Luis Skviççiarini sosial şəbəkə hesabında Valeriyanın ağır xəstəliklə mübarizə apardığını yazaraq, onun yanında olacağını bildirib.

Bundan başqa, Çekalinlər ailəsində daha bir ağır hadisə yaşanıb. Lerçekin keçmiş həyat yoldaşı Artyom Çekalin milyonların xaricə “ötürülməsi” işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Artyom Çekalinin vəkilləri hökmün ləğvi üçün apellyasiya şikayəti verməyə hazırlaşırlar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin