ABŞ-də dizel yanacağının orta qiyməti ölkə tarixində ilk dəfə 1 qalon ÜÇÜN 6 dollar həddini aşıb. Son rəsmi məlumatlara görə, ölkə üzrə orta qiymət hazırda 6,06 dollara yüksəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəlki tarixi rekord 2022-ci ilin iyununda 5,82 dollar/qalon səviyyəsində qeydə alınmışdı.
İranla başlayan hərbi münaqişənin əvvəlindən bəri dizel yanacağı 55%-dən çox bahalaşaraq, qiyməti təxminən 40% artan benzini geridə qoyub.
Mütəxəssislər kəskin qiymət artımının iki əsas səbəbini göstərirlər: neft fyuçerslərinin yenidən bir barel üçün 100 dollardan yuxarı qalxması və xammalı emal etmək üçün fəaliyyət göstərən neft emalı zavodlarının (NEZ) çatışmazlığı.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:30 / 12.09.2026
Yanacaq bazarında tarixi rekord - Dizel benzini də geridə qoydu
Hazırda oxunan: Yanacaq bazarında tarixi rekord - Dizel benzini də geridə qoydu
Hazırda oxunan: Yanacaq bazarında tarixi rekord - Dizel benzini də geridə qoydu
636251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































