1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...

Hazırda oxunan: 1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...

636240

Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir.

Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqramı 40 manata təklif olunur.

Nar payız mövsümündə daha çox istifadə edilən meyvələrdən olmaqla yanaşı, tərkibindəki antioksidantlar, vitaminlər və minerallarla da seçilir. Meyvənin tərkibində C vitamini, kalium və digər faydalı maddələr var. Narın tərkibindəki antioksidantlar orqanizmi oksidləşdirici stressdən qorumağa, ümumi sağlamlığın dəstəklənməsinə kömək edə bilər.

Qeyd edək ki, göstərilən qiymətlər konkret satış məntəqəsinə aiddir və digər mağaza və bazarlarda fərqli ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin