Pakistan Ermənistanla diplomatik münasibətlər qurduqdan bir il sonra həmin ölkəyə ilk səfirini təyin edib.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Pakistanın İrəvandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.
Məlumata görə, tərəflər görüş zamanı qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
Xatırladaq ki, Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyanla Məhəmməd İshaq Dar 2025-ci il avqustun 31-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıblar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:20 / 12.09.2026
Pakistan Ermənistana ilk səfirini təyin etdi - VİDEO
Hazırda oxunan: Pakistan Ermənistana ilk səfirini təyin etdi - VİDEO
Hazırda oxunan: Pakistan Ermənistana ilk səfirini təyin etdi - VİDEO
636232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































