İnşaat mağazasından 18 min manat oğurladı – VİDEO

Hazırda oxunan: İnşaat mağazasından 18 min manat oğurladı – VİDEO

636237

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb.

Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin