Qapıçı üç qol buraxmaq tələbi ilə ölümlə hədələndi

Hazırda oxunan: Qapıçı üç qol buraxmaq tələbi ilə ölümlə hədələndi

636839

Boliviya futbolunda milli çempionat oyunundan sonra böyük bir qalmaqal yaranıb. “Quabira”nın qapıçısı Manuel Ferrel, naməlum şəxslərin "Olveys Redi" ilə oyun ərəfəsində ailəsini təhdid etdiyini iddia edib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, cinayətkarlar oyunçudan pul tələb ediblər və ya onu ən azı üç qol buraxmağa məcbur ediblər. Əgər o, tabe olmasaydı, qapıçının anasını və həyat yoldaşını öldürməklə hədələyiblər.

"Ona deyiblər ki, əgər müəyyən məbləği ödəməsə və ya üç qol buraxmasa, onları öldürəcəklər", - “Quabira”nın baş məşqçisi Leonardo Eqes bildirib.
 

Oyun zamanı Ferrel artıq 34-cü dəqiqədə üç qol buraxıb və əvəzlənib. Lakin, onun gedişindən sonra da vəziyyət dəyişməz qalıb: "Olveys Redi" 6-0 hesablı qələbə qazanıb.


Oyunun nəticəsi qapıçının ifadələrinə və oyuna mümkün müdaxiləyə daha çox diqqət çəkib.

Oyundan sonra şantaj iddiaları rəsmi olaraq bildirilib. Boliviya Futbol Federasiyası prokurorluqla birlikdə araşdırmaya başlayıb.

Hüquq-mühafizə orqanları hadisə ilə oyunların danışılması və qanunsuz mərc sindikatlarının fəaliyyəti arasında mümkün əlaqəni araşdırır. Onlar həmçinin Ferrel ailəsini təhdid edən şəxsləri müəyyən etməyə çalışırlar. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin