Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun səhmdarlarından biri ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.
Bildirilib ki, Ronaldo və daha 4 investor “Əl-Nəsr”in səhmlərini almaq üçün təklif hazırlayır. Hər bir investorun bunun üçün minimum 92 milyon avro ayıracağı gözlənilir.
Qeyd edək ki, Kriştiano Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir.
O, daha əvvəl Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus" klublarının şərəfini qoruyub.
Bizim.Media


































































































