Premyer Liqanın V turu: "Sabah" "Şəfa"ya qalib gəldi

Hazırda oxunan: Premyer Liqanın V turu: "Sabah" "Şəfa"ya qalib gəldi

636627

Misli Premyer Liqasının V turunda "Sabah" "Şəfa"ya qalib gəlib.

Bizim.Media xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan matçda son ölkə çempionu 3:0 hesablı qələbə qazanıb.
 

Qolları Patrik Mbina (25), Abdulax Xaybulaev (30) və Velko Simiç (69) vurublar. "Sabah" 12 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.


Xatırladaq ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2) və "Zirə" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin