"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Hazırda oxunan: "Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

633898

Misli Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib.

Bizim.Media xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı Qismət Alıyev "Neftçi"nin qapısından keçirib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura avqustun 31-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin