"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçunu 1 illik icarəyə götürüb.
Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.
Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
12:21 / 30.08.2026
"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü
Hazırda oxunan: "Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü
Hazırda oxunan: "Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü
633795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































