Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Hazırda oxunan: Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

633752

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Bizim.Media "Report"a istinadla xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.

Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.

Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin